
VİCDANLI İNSANIN ALLAH`A YAXINLIĞI
Əgər bir insandan həyatındakı ən əhəmiyyətli şeyin nə olduğu soruşulsa, buna nə cavab verər? Evi, ailəsi, yoxsa işi? Yaxud da bunlardan başqa bəzi ideallarımı?
Lakin cavabından asılı olmayaraq unutmamalıdır ki, onun vacib bildiyi şeylərdən ən vacibi və bəlkə də, unutduğu bir məsələ var...
Bir insanın həyatındakı ən əhəmiyyətli məsələ onu yaradan və sahib olduğu hər şeyi bəxş edən Allah`ı tanımaq və Ona yaxın olmaq üçün cəhd etməkdir. Lakin insanların əksəriyyəti bu həqiqətə laqeyd yanaşaraq yaşayırlar. Qarşınıza çıxan ilk insandan, hətta qarşılaşdığınız hər kəsdən həyatlarındakı ən vacib və əhəmiyyətli hesab etdikləri məsələləri soruşun. Alacağınız cavabların əksəriyyəti dünya həyatı ilə bağlı olacaqdır.
Halbuki, nəfsindən uzaq olan və vicdanını istifadə edən insanlar Allah`la yaxınlığın əhəmiyyətinin dərhal fərqinə varır və Allah`a yaxınlaşmaq üçün yollar axtarırlar. Çünki bu Quranda əmr olunur:
Ey iman gətirənlər! Allah`dan qorxun, Ona (yaxınlaşmaq üçün) vasitə axtarın və Onun yolunda cəhd edin ki, bəlkə nicat tapasınız. (“Maidə” surəsi, 35)
Vicdan Allah`a yaxınlaşmalı olduğunu necə anlayır?
Ətrafınıza nəzər yetirin. Hər şey insanın ehtiyacına uyğun yaradılmışdır. Bədəninizə də baxın. Heç bir müdaxiləniz olmadan qüsursuzca işləyir. Nə ürək döyünməyi unudur, nə də sinirlər beyinə lazım olan mesajları vaxtında çatdırmağı gecikdirir. Qidalana bilməyiniz, yaşaya bilməyiniz üçün lazımlı bütün qida maddələri təbii olaraq dünyada mövcuddur. Ehtiyacınız olan oksigen atmosferdə müəyyən miqdarda vardır. Heç düşünmədən rahatlıqla hərəkət etməyinizi təmin edən sümük və əzələ sisteminə sahibsiniz. İstədiyinizi rahatca tuta bilir, istədiyiniz yerə gedə və ya qaça bilirsiniz. Bununla yanaşı, nəinki həyatda qalmağınızı təmin edən funksiyalara sahibsiniz, hətta çox müxtəlif dadları da hiss edə bilirsiniz. Bunun üçün şüur da sizə verilmişdir. Yeməklərin dadları, gördüyünüz mənzərənin gözəlliyi, baxdığınız filmin mövzusu, dostunuzun söhbəti sizin xoşunuza gələ bilir və bunları sizin üçün yaradan üstün güc sahibi bir Yaradıcı var. O Allah ki, sizi yoxdan yaratmışdır. Əgər O istəməsəydi, siz heçlik kimi qalacaqdınız, heç vaxt dünyaya gəlməyəcəkdiniz. Amma Allah istədi və sizi bir insan surətində yaratdı.
Burada Allah`ın insanlara bəxş etdiyi nemətlərdən yalnız bir neçəsindən danışdıq. Nemətlərin hamısını yazmağa başlasaq, "Əgər Allah`ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz..." (“Nəhl” surəsi, 18) ayəsində bildirildiyi kimi, buna gücümüz çatmaz. Bundan əlavə, Allah dünya həyatında Ona tabe olan insanların əməllərinin əvəzində ən gözəl qarşılığı vəd etmişdir: Sonsuza qədər qalacağı və ürəyinin istədiyi hər şeyə sahib olacağı cənnət.
Bütün bunların əvəzində sizə çox böyük bir məsuliyyət düşür. Əlbəttə ki, bütün bu verdiklərinə görə Allah`a şükür etmək. Bir ayədə belə deyilir:
Allah sizi analarınızın bətnindən heç nə anlamadığınız bir halda çıxartdı, sizə qulaq, göz və ürək verdi ki, bəlkə şükür edəsiniz. (“Nəhl” surəsi, 78)Həyatınız boyu sizə verilən bütün nemətlər də yenə Allah`dandır. Buna görə də Allah`dan başqa ilah yoxdur.
Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir. Ey insanlar! Allah`ın sizə verdiyi lütfünü bir xatırlayın. Allah`dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də (haqdan) döndərilirsiniz! (“Fatir” surəsi, 2-3)Bir insan Allah`ın diləməsi ilə dünyada valığını davam etdirir və yaşayır. Bu həqiqəti dərk edən insan üçün, əlbəttə ki, ən əhəmiyyətli varlıq Allah, ən vacib iş isə Ona yaxınlaşmaqdır. Lakin insanlar dünya həyatının sehrinə və təfərrüatlarına bağlanaraq bu həqiqəti heç düşünmürlər. Əlbəttə, etdikləri böyük bir nankorluqdur. Çünki bu qədər vacib bir həqiqəti düşünməyən insan üçün yaxınlarının və ya ətrafındakı insanların onun haqqında nə fikirləşdiyi daha çox əhəmiyyətlidir. İnsanların gözündə yüksəlmək üçün hər şeyi edir, onların razılıqlarını qazanmaq üçün ciddi səy göstərir və bunun üçün müxtəlif yollar fikirləşir. Amma özünü yoxdan xəlq edən Rəbbimizin razılığını qazanmaq və Ona yaxınlaşmaq haqqında heç düşünmür.
Həmçinin insan bilməlidir ki, Allah`ın razılığını qazanmaq təkcə məsuliyyət deyil, eyni zamanda insana xoşbəxtlik və rahatlıq verən yeganə yoldur. Allah`ı unudub başqa insanların razılığını axtaranlar və ya bu kimi boş hədəflərə qapılanlar, əsla rahat və xoşbəxt ola bilməzlər. Halbuki, Allah`ın razılığı insanın qəlbinin rahatlıq tapacağı ən böyük sevinc və xoşbəxtlik səbəbidir. Çünki Qurandakı ifadə ilə desək, qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır:
...(Tövbə edib Ona) üz tutan kimsəni isə doğru yola yönəldir”. Bunlar, iman gətirənlər və qəlbləri Allah`ı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allah`ı zikr etməklə rahatlıq tapır. (“Rad” surəsi, 27-28)İnsanların Allah`dan uzaq yaşamalarının səbəbi həm bu sirri bilməmək, həm də dünya həyatının əsl məqsədini və axirətin varlığını unutmalarıdır. Halbuki, Allah`ın və cəhənnəmin varlığından əmin olan insan Allah`ı heç vaxt unuda bilməz. Hər kəs bir düşünsün: Hansı insan cəhənnəm atəşinin yaxınlığında dünya həyatından sorğuya çəkilən zaman Allah`dan başqa bir varlığı düşünə bilər? Həmin anda Allah`dan başqa bir varlığın razılığı düşünülərmi? Həmin vəziyyətdəki insan ən çox kimin sevgisini və dostluğunu axtarar? Bu vəziyyətdə ikən tanıdığı kimsənin fikri və ya yaxınlığı onun üçün əhəmiyyət daşıyarmı?
Cəhənnəm atəşini görən insanlar üçün dünyada sahib olduqları mülkün və ya tanıdıqları insanların heç bir əhəmiyyətinin qalmadığı aşağıdakı ayələrdə belə bildirilir:
Dost dostunun halını xəbər almayacaq. (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur. (“Məaric” surəsi, 10-15)Qurandan öyrəndiyimizə və vicdanımıza əsasən bir insan bütün həyatını Allah üçün yaşamalıdır. "İnsan bütün həyatını necə Allah üçün yaşayar?" deyə düşünürsünüzsə, bax elə bunun da cavabı vicdandır. Əgər bütün həyatınızı Allah`ı razı salacaq şəkildə davam etdirmək istəyirsinizsə, bunun üçün Quranın hökmlərinə əməl etmək və hadisələr qarşısında da həmişə nəfsin istəklərini deyil, vicdanınızı dinləməyiniz kifayətdir. Böyüklü-kiçikli qarşılaşdığınız hər hadisədə vicdanınızın səsini dinləməyiniz, əslində Allah`ın razılığını qazanmağınız deməkdir. Buna görə də qəlbinizdəki xeyirə çağıran səsi dinləməklə, hər hərəkətinizdə Allah`ı razı salmış olarsınız.
Lakin burada daha əhəmiyyətli bir məqam qarşımıza çıxacaq: Allah`ın razılığını qazanmaq üçün cəhd etməyən insan da bəzən özünə və ya ətrafdakıların fikirlərinə görə gözəl rəftar göstərə bilər. Məsələn, xaraktercə insanları incitməyən, incə düşünən insan ola bilər. Lakin əgər gözəl davranışları Allah`ın razılığını qazanmaq üçün istəmirsə, etdiyi işlərin Allah Qatında faydası olmaya bilər. Çünki bu şəxslər vicdanlarına qulaq asdıqları üçün deyil, öz mənfəətləri üçün yaxşılıq edirlər. Bu mənfəət "xeyirxah" insan kimi tanınmağın verəcəyi rahatlıq və ya sadəcə duyğusal davranış ola bilər.
Qısası, insan etdiyi işdən daha çox, vicdanı dinləyib-dinləməməyindən, yəni niyyətindən məsuldur. Əgər bütün həyatını "Allah üçün" yaşamaq istəyirsə, niyyətini dəyişdirməlidir. Məsələn, incə düşüncəli davranarkən insanların gözünə girməyi, onlardan təqdir gözləməyi deyil, Allah`ın razılığını axtarmalıdır. Bu, hər zaman Allah`ı düşünməyini, Ona yönəlməyini, Ona dua edərək hər şeyi Ondan istəməyini təmin edər. Allah daim Özünə yönələn qullarını Quranda belə tərifləmişdir:
Onların dediklərinə səbr et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim (Allah’a) üz tutardı. (“Sad” surəsi, 17)Həmçinin Allah Quranda Ona yaxınlaşmağa səbəb olacaq bəzi yolları belə bildirir:
(Xeyirxah işlərdə) öndə gedənlər, (Cənnətdə də) öndədirlər! Onlar (Allah`a) yaxın olanlardır. (“Vaqiə” surəsi, 10-11)
Bədəvilərdən eləsi də vardır ki, Allah`a və Axirət gününə inanır, xərclə¬diyini Allah dərgahında yaxınlıq və Pey¬ğəmbərin dualarına nail olmaq üçün vasitə sayır. Həqiqətən də, bu, onlar üçün yaxınlaşmağa bir vasitədir. Allah onları Öz mərhə¬mətinə qovuşduracaqdır. Hə¬qiqətən, Allah Bağışlayandır, Rəhmlidir. (“Tövbə” surəsi, 99)Allah üçün edilən vicdanlı hər davranış Allah`a yaxınlaşmağa bir səbəbdir. Unudulmamalıdır ki, Allah Özünə yaxın olanları cənnətlə müjdələyir:
Amma əgər o, (Allah`a) yaxın olanlardandırsa, onda rəhmətə, gözəl ruziyə və Nəim bağına yetişər. Əgər o, sağ tərəf sahiblərindəndirsə, (ona): “Sağ tərəf sahiblərindən sənə salam olsun!”– (deyiləcəkdir.) (“Vaqiə” surəsi, 88-91)