NİYƏ NƏFSƏ UYĞUN DİN PLANI İNSANA SADƏCƏ SIXINTI VERİR?

Bunu xüsusilə qeyd etmək lazımdır ki, əgər insanların belə batil bir dinlə hədəfləri rahat bir həyat yaşamaqdırsa, bunu bu yolla əldə etmələri heç cür mümkün deyil. Əksinə, Allah bu insanlar üçün dünyada "sıxıntılı bir güzəran" olduğunu bildirir. Əsl xoşbəxtlik və rahatlıq ancaq Allah`ın insanlar üçün seçdiyi din əxlaqının yaşanması ilə əldə oluna bilər. Allah Quranda bu həqiqəti insanlara belə bildirir:

“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”. (“Ta ha” surəsi, 124)
"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq."(“Nəhl” surəsi, 97)
Həmçinin, belə bir batil din cəmiyyətə də rahatlıq və xoşbəxtlik gətirməz. İnsanların nəfslərinə uyğun, ürəklərinin istədikləri hər şeyi sərhədsizcə etdikləri bir cəmiyyət modeli ancaq sarsıdıcı bir təsir göstərər. Bu düşüncədə olan insanlar nəfsləri üçün məhdudiyyət qoymadan hər cür pisliyi və əxlaqsızlığı normal görə bilərlər. Mənfəətlərinə görə hər cür saxtakarlığı edə bilər, yalan danışa, haqsızlıqla mal əldə edə, oğurlaya bilər, fırıldaqçılıq edə bilər, yalan şahidlik edə bilər, vədlərinə sadiq qalmaz, başqa insanları əzə bilərlər. Bunun nəticəsində də:

• Cəmiyyətlərə ədalətsizlik, qeyri-bərabərlik, haqsızlıq, əxlaqsızlıq, münaqişə, ixtilaf, kin, intiqam, üsyan və zülm kimi mənfi hallar hakim olar.

• Cinayətlər xeyli artar, soyğunların, sui-qəsdlərin, hər cür hücumların, narkotik, qumar, zina kimi əxlaqsızlıqların normal qəbul olunduğu və bütün bunlara heç kimin səs çıxara bilmədiyi bir şərait yaranar.

• Quran əxlaqı lazımı şəkildə yaşanmadığı üçün ən yaxın insanlar belə bir-birinə düşmən olar.

• İnsanlar hüzn, pessimizm, çətinlik, təklik, qorxu, stress, etibarsızlıq, vicdansızlıq, narahatlıq, əsəb, qısqanclıq, kin, aclıq, kasıblıq, dava-dalaş, düşmənçilik, cinayət, ölüm qorxusu kimi çətinliklər və sıxıntılar içində yaşamaqdan xilas ola bilməzlər.

• Cəmiyyət xaos və degenerasiya içində olar. Bunların nəticəsində də, dünya dava-dalaşdan, qarışıqlıqdan və zülmdən xilas ola bilməz.

Buna görə də, bütün müsəlmanlar bu cür nəfsə uyğun batil din planına qarşı diqqətli olmalı, bunun haqq dini əslindən uzaqlaşdıraraq, dünyada və axirətdə insanları məhvə sürükləyəcək ciddi bir təhlükə olduğunu unutmamalıdırlar.

Əsl din Rəbbimizin Quranda bizə bildirdiyi Quran əxlaqının tam tətbiq olunması ilə yaşana bilər. İnsanları dünya və axirətdə qurtuluşa aparacaq Allah`ın bildirdiyi doğru yol budur. Göylərin, yerin və hər ikisi arasındakıların yeganə hakimi olan Allah Quranda belə buyurur:
"Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma!" ("Bəqərə" surəsi, 147)