Nəfsə uyğun saxta din planının mərhələləri

• Bu saxta inanca görə insanlar vicdanlarını rahatladacağına inandıqları qədəri ilə dinin yalnız bir qismini yaşayacaq, ancaq heç vaxt öz dünyəvi istəklərindən güzəştə getməyəcəklər.

• Bu batil din heç vaxt onların mənfəətləri ilə zidd olmayacaq, onları maddi və mənəvi heç nədə çətinliyə salmayacaq, həyatın heç bir sahəsində fədakarlıq etməklərini tələb etməyəcək.

• İbadətlərin bəzilərini yerinə yetirəcək, ancaq öz rahatlığı naminə bunlardan da asanlıqla güzəştə gedecəklər.

• Quran əxlaqı bu yanlış fikirli insanların ictimai həyatlarında mümkün qədər az yer tutacaq və nəfslərinə heç bir narahatlıq verməyəcək. Nəticədə insanlar yeri gələndə nəfslərinin pisliklərini heç vicdan əzabı çəkmədən həyata keçirəcək, lazım gəldikdə ədalətdən, dürüstlükdən və yaxşılıqdan asanlıqla uzaqlaşacaq.

• Bu düşüncə belə insanların yaşadıqları cəmiyyətdə heç kimin fikirlərinə zidd olmadan, heç bir məsələdə sərt reaksiya görmədən, öz istək və əyləncələrinin qarşısını almadan, axirəti düşünmədən rahatca yaşamalarını təmin edəcək.

• İnsanların iman gətirib Allah`a qulluq etməmələri və Quran əxlaqını yaşamamaları onları maraqlandırmayacaq.

• Bu quran əxlaqına zidd dini müdafiə edənlərin fikirlərinə görə sərt reaksiya eşitməmək, ətraflarındakı insanların dünya görüşləri ilə zidd düşməmək əsas götürələcək və bu məqsədlə lazımı hər məsələdən güzəştə gediləcək.