Nəfsinin ardınca getməkdən nə üçün uzaq durmalıyıq?

Allah Quranın "Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs (adama) pis işləri əmr edər..." (“Yusuf” surəsi, 53) ayəsi ilə nəfsin insanları pisliyə sürükləyən xüsusiyyəti olduğunu bildirmişdir. Allah "De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah`a məxsusdur!" (“Ənam” surəsi, 162) ayəsi ilə iman gətirənlərin həyatlarının hər anında etdikləri hər işin Allah`ın əmr etdiyi şəkildə olduğunu bildirmişdir.

Allah`ın razılığını qazana bilmək bəzən insanın rahatlığından güzəştə getməyini tələb edə bilər. Belə ki, Allah Quranda dünya həyatının insanları sınamaq üçün yaradıldığını və bu məqsədlə bir çox hadisələrlə imtahana çəkiləcəklərini bildirmişdir:

Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (“Mülk” surəsi, 2)
İnsan dünya həyatında qarşısına çıxan nemətlər və çətinliklər qarşısında Quran əxlaqına ən uyğun şəkildə davranmaq və bütün bunlara qarşı qətiyyətlə Allah`ın razılığını axtarmaqla məsuldur. Allah başqa ayələrdə "İnsanlar elə güman edirlər ki, təkcə: “İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik..." (“Ənkəbut” surəsi, 2-3) şəklində bildirir. Belə ki, əsl iman Allah`ın sevgisini, razılığını, dostluğunu qazana bilmək üçün bütün çətinliklərə razı olmağı tələb edir. Allah`ın razılığı isə lazım gəldikdə nəfsin istəklərini məğlub etməyi, səbir göstərməyi, bəzi mövzulardan imtina etməyi və çətinliklərə sinə gərməyi tələb edə bilər.