
Şeytanın insani səmimi müsəlmanlardan uzaqlaşdırması
Artıq Allah'a tam təslim olmuş müsəlmanları qəlbində tənqidə başlamış bir insan zaman keçdikcə bu tənqidlərin sayını artırır. Ancaq qeyd etmək lazımdır ki, bunlar haqqa və həqiqətə əsaslanan tənqidlər deyil. Səmimi iman gətirənlər gündəlik həyatlarında Rəbbimizin əmri olan "insanları pislikdən çəkindirmək və onlara yaxşılığı əmr etmək" hökmünə uyğun olaraq bir-birlərini xəbərdar edir və həmişə gözəlliyə yönləndirirlər. Şeytanın təsiri ilə hərəkət etməyə başlayan zəif imanlı insanların isə müsəlmanlara qarşı tənqidləri onları yaxşı işlərə istiqamətləndirmək və ya pislikdən çəkindirmək məqsədli deyil. Bu tənqidlərin məqsədi insanın nəfsinə tabe olması üçün bəhanələr irəli sürmək və din əxlaqından uzaqlaşmasına guya zəmin hazırlamaqdır. Buna görə də bu tənqidlər haqqa və həqiqətə əsaslanmayan, süni bəhanələrdən ibarətdir.
Allah`ın razılığının ən çoxunu hədəf alaraq dini yaşamaq insanın nəfsinin istəklərindən tamamilə imtina etməsi deməkdir. Nəfsinə qarşı çıxa bilməyən insan isə səhvin özündə deyil, dini səmimi yaşamaqda qərarlı insanlarda olduğuna inanmağa başlayır. Bu azğın fikri irəli sürməyinin səbəbi isə əks halda, özünün səhv etdiyini qəbul etməyi demək olacaq. Allah`ın Quranda onlardan istədiyi həyatı yaşayan və əsl hədəfləri sonsuz həyatda cənnəti qazanmaq olan möminlər Allah`dan səmimi qorxan və yaxşılığı, mərhəməti, sədaqəti ürəkdən istəyərək yaşayan insanlardır. Buna görə də bir insan, əgər səmimi müsəlmanlarda səhvlər axtarmağa çalışırsa və onlara qəzəb və kin hiss edirsə, deməli o, ancaq şeytanın təlqinlərinə təslim olmuşdur. Ona heç bir ziyanı toxunmamış bu insanları nəfsinin istəklərini reallaşdırmağa bir maneə kimi görür. Belə ki, şeytanın planına uyğun olaraq, ölümdən sonra hesab verəcəyini unudan və heç ölməyəcəkmiş kimi yaşamağa başlayan bu insan üçün səmimi müsəlmanların varlığı və Allah rizası üçün etdikləri bütün fəaliyyətlər olduqca narahatlıq vericidir. Bu güclü narahatlığın səbəbi isə səmimi və əsl müsəlmanların Allah yolunda bütün imkanlarını sonuna qədər istifadə edərək din əxlaqına sahib çıxmalarıdır. “Tövbə” surəsinin 111-ci ayəsində müsəlmanların bu əzmkarlığı belə bildirilir: "Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır...". Ayənin davamında isə möminlərin buna görə hiss etdikləri sevinc və xoşbəxtlik bu şəkildə xəbər verilmişdir:
"…Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur.” (“Tövbə” surəsi, 111)Buna görə də heç bir dünyəvi mənfəəti olmayan möminlərin varlığını hiss etmək belə, axirətdəkilərlə müqayisə edilə bilməyən dünya həyatının keçici zövqlərinə razı olan bir insanın əhvalını pozmağa kifayətdir. Əsl müsəlman Allah`ın razılığı üçün pisliklərlə fikri mübarizə aparmağın dünyadakı bütün işlərindən daha önəmli olduğuna inanır və İslamın insanlığa gətirəcəyi gözəllikləri, barışı və rifahı insanlara mümkün olan hər vasitə ilə izah edir. Şeytanın yolu ilə gedənlər necə hər yerdə və hər fürsətdə öz sistemlərinin təbliğatını apararaq insanları din əxlaqından uzaqlaşdırmağa çalışırsa, mömin də fikri mübarizə ilə hər sahədə şeytanın sisteminin əsl-üzünü aşkara çıxarır. Bunun qarşılığında tək gözlədiyi Allah`ın ondan razı olmağı və onu cənnətinə qəbul etməyidir. Bu qarşılıqsız və səmimi qəlbdən aparılan təbliğ fəaliyyətləri hər yerdə din əxlaqını tərk edib küfr əxlaqını mənimsəyən insanın qarşısına çıxır. Səmimi müsəlmanların fikri mübarizəsindəki əsas məqsəd olan Allah`ın əmr etdiyi sevgi, hörmət və iman dolu həyat tərzinin gözəlliyi, şeytanın təsiri altındakı insanlara çatmır. Şeytanın din əxlaqından uzaqlaşdırma planına tabe olmazdan əvvəl müsəlmanların gözəl əxlaqını, Allah yolundakı fikri mübarizələrini dəstəkləyən bu insan şeytanın hiylələrinə aldanaraq artıq möminlərə kin hiss edəcək vəziyyətə gəlmişdir. Şeytanın təlqini ilə din əxlaqını yaşamayanlara hiss etdiyi simpatiya artıq bağlılığa çevrilmişdir.
Bu mərhələdən sonra şeytanın işi daha asandır, çünki hədəfi olan insanı tamamilə Allah`ın zikrindən uzaqlaşdırmış və ürəyinə müsəlmanlara qarşı nifrət yerləşdirmişdir. Əvvəllər bəzən vicdanının səsini dinləyən və axirəti, ölümü xatırlayıb Allah`dan bağışlanma diləyən bu insan artıq səmimi müsəlmanlarla əlaqələrini də tamamilə kəsmişdir. İnkar edən digər bir çox insan kimi nə öz səhvlərini görməyə, nə də başqalarının ona səhvlərini göstərməyə dözümü qalmamışdır, çünki özünü şeytanın saxta "zəka və oyanıqlıq" təlqini ilə hər növ səhv və əskiklikdən uzaq görür, bu da onu daha da azğınlığa sürükləyir. Allah “Ələq” surəsində belə bildirir:
"Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə." (“Ələq” surəsi, 6-7)Artıq nəfsinin istədiyi hər şeyi edə biləcəyini zənn edən bu insanın həyatı çox narahatdır və əzab doludur. Həmin insan bu narahatlıq və vicdan əzabından xilas olmağın yolunu Allah`ı, ölümü və din əxlaqını tamamilə unutmaqda tapacağını zənn edir. Lakin bu böyük bir aldanışdır. Çünki bu qəti bir həqiqətdir ki "...qəlblər ancaq Allah`ın zikri ilə rahatlıq tapar." (“Rəd” surəsi, 28) Din əxlaqından uzaq yaşayan insanların möminlərin arasındakı əsl sevgidən, hörmətdən, fədakarlıq və qarşılıqsız yaxşılıqlardan da olduqca uzaq olduqlarını başa düşmələri çox çəkmir. Çünki bu insanlar Allah`ın deyil, şeytanın istədiyi sistemi yaşayırlar. Bu sistemin əsas xüsusiyyəti yaşadığı sevgisiz və mərhəmətsiz mühitdə əzilməmək mübarizəsi və qarşısındakını əzərək yüksəlmə yarışından ibarətdir. Buna görə də sevginin yerini nifrət, hörmətin yerini qarşısındakına dəyər verməmək, fədakarlığın və qarşılıqsız yaxşılığın yerini isə mərhəmətsizlik və edilən yaxşılıqları qarşısındakının üzünə vurmaq kimi əxlaqsızlıq və pisliklər tutur. Bütün bunları açıq şəkildə gördüyü halda bu insan peşman ola bilməyəcək qədər təkəbbürlüdür, çünki qüruru ucbatından Allah`a itaət etməyən şeytanın təsiri altındadır. Səmimi müsəlmanların yaşadıqları həyatın şərtlərinin necə olmasından asılı olmayaraq, hər zaman dinc və xoşbəxt olmaları, ən çətin zamanlarda belə ümidsizliyə qapılmamaları, hətta tam əksinə daha da şövqlü və əzmli olmaları onu bərk hirsləndirir. Səmimi dindarların müvəffəqiyyət qazanmaları və heç nədən qorxmamaları şeytanın sisteminin müvəffəqiyyətsiz və nəticə etibarı ilə məğlub olmağa məhkum olmağı deməkdir. Çünki Rəbbimizin Quranda müjdələdiyi kimi :
"Müşriklərin xoşuna gəlməsə də, İslamı bütün dinlərdən üstün etmək üçün Öz Elçisini doğru yol göstərən rəhbərlə və haqq din ilə göndərən Odur." (“Tövbə” surəsi, 33)Oxuduğunuz saytda şeytanın insanı səssiz-səmirsiz, yavaş-yavaş din əxlaqından uzaqlaşdırma planına qarşı görülən tədbirlər, şübhəsiz ki, hər müsəlmana aiddir. Çünki hər insan nəfsi ilə mübarizə apardığına görə məsuliyyət daşıyır və nəfs insana dayanmadan pisliyi əmr edir. Şeytanın planının ilk mərhələsində namaz qılmamağın və ya mömin qardaşlarına düşmən olmağın əsla mümkün olmayacağından əmin olan bir insan yavaş-yavaş Allah`ı xatırlamaqdan uzaqlaşaraq şeytanın əmrlərinə tabe ola bilər. Şeytanın bu planını əvvəlcədən pozmağın yolu, Allah`ı hər an "ayaqda ikən, oturarkən, uzanarkən" (“Al-i İmran” surəsi, 191) zikr etmək və şeytanın verəcəyi hər şübhənin Quranla düşünüləndə yox olub gedəcəyini bilməkdir. Rəbbimiz ayədə belə bildirmişdir:
"Allah`dan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allah`ı) xatırlayar və dərhal (gerçəyi) görərlər." (“Əraf” surəsi, 201)Bu da unudulmamalıdır ki, şeytanın planının səmimi iman gətirənlərə və Allah`a sığınanlara heç bir təsiri yoxdur. Hər insan bəzən qəflətə düşə və nəfsinin vəsvəsələri ilə qarşılaşa bilər. Allah`a səmimi qəlbdən bağlı bir müsəlmanın imanı zəif insandan fərqi budur ki, səmimi müsəlman şeytanın hiyləgər planını ayırd edir və onun vəsvəsələrinə Quranla düşünərək cavab verir. Şeytan da Allah`ın nəzarətindədir və Allah`ın gücünü təqdir edə bilən, Onun hakimiyyətinə könüldən təslim olan və axirəti dünyadan üstün tutan insanları əsla təsir altına ala bilməz.
"Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allah`a şərik qoşanlar üzərindədir." (“Nəhl” surəsi, 99-100)Şeytanın hiyləgər sistemi haqqında bilinməli başqa bir xüsusiyyəti də insanı oyunları ilə imandan uzaqlaşdırıb ümidsizliyə salması və artıq dönüş yolunun qalmadığı yalanını təlqin etməsidir. Halbuki, Allah çox bağışlayan və rəhm edəndir. Həqiqətən də, səhvini səmimi başa düşən bir insana tövbə və bağışlanma qapıları hər zaman açıqdır. Allah şeytana aldanıb səhv edənlərin Ondan bağışlanma dilədikdə bağışlandıqlarını və bir də bu pisliklərə qayıtmadıqları müddətcə cənnətlə mükafatlanacaqlarını belə bildirmişdir:
O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allah`ı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allah`dan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. Onların mükafatı, Rəbbindən bağışlanma və (ağacları) altından çaylar axan Cənnət bağlarıdır ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! (“Al-i İmran” surəsi, 135-136)Onu yaradan və sahib olduğu bütün nemətləri verənin Allah olduğunu bilən insan üçün Rəbbimizi sevmək, Onun əzabından çəkinmək və Onu ucaltmaq böyük şərəfdir. Allah`ın varlığının dəlilləri hər yerdədir və hadisələri vicdanı ilə qiymətləndirən insan üçün bunları görmək olduqca asandır. Şeytanın bu planı ilə qarşılaşmış hər kəs hansı mərhələdə olsa da, hər an Allah`ın bağışlayıcılığına ümid yolu vardır. Necə böyük səhv etsə də, mühüm olan insanın son halıdır. Etdiklərinə görə Allah`dan bağışlanma diləyən və səhvlərini düzəltmək istəyən bir müsəlmanın keçmişlə müqayisə edilməyəcək dərəcədə səmimi olmağı da mümkündür. Bunu istəyən bir insanın ilk edəcəyi şey Allah`a sığınaraq şeytanın hiyləsini pozmaq və bildiyi hər yolla Rəbbimizin razılığını qazanmağa çalışmaqdır.
Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.(“Müzzəmmil” surəsi,19)