
NƏFSƏ UYĞUN DİN OYUNU
Əsl din əxlaqını yaşamayan insanlar öz istəklərinə görə qoyduqları qaydalara əsasən "nəfslərinə uyğun din" i yaşamağı seçdikləri üçün nələri itirəcəklər?
Nəfsin arzularına, istəklərinə və rahatlığına uyğun qurulan bu həyat tərzi niyə bəzi insanların zənn etdiyinin əksinə insanları dünyada və axirətdə rahatlığa deyil, ziyana sürükləyir?
Bir insanın İslam əxlaqını yaşaması Quran əxlaqını və Peyğəmbərimizin (s.ə..v) sünnələrini qüsursuz şəkildə tətbiq etməsi ilə mümkündür. Bəzi insanlar isə müəyyən vaxtlarda Quran əxlaqını və sünnələri yaşayıb, müəyyən vaxtlarda da nəfslərinin istəklərinə tabe olaraq İslam əxlaqını yaşadıqlarını və bu yolla xoşbəxt olacaqlarını zənn edirlər. Əslində isə bu belə deyil. Çünki Allah, insanların fitrətini ancaq imanı qavradıqları və Quran əxlaqını tam şəkildə yaşadıqları zaman xoşbəxt və rahat ola biləcək şəkildə yaratmışdır. Allah Quranda insanların fitrətlərinə yönəlməli olduğunu belə bildirmişdir:
Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allah`ın insanlara – xəlq etdiyi (şüurlu) məxluq kimi verdiyi fitrət budur. (“Rum” surəsi, 30)
Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allah`dan daha yaxşı hökm verə bilən kimdir?! (“Maidə” surəsi, 50)Ayədə bildirilən bu həqiqət istisnasız bütün insanlara aiddir. İnsan ancaq onu yaradan Rəbbimizə yönəlib, Quran əxlaqını tam şəkildə - Onun sevgisini və razılığını qazana biləcəyi şəkildə yaşadığı təqdirdə dünya həyatında gözəl bir həyat yaşaya bilər. Quranın qurtuluşa yönəldən yol göstərici xüsusiyyəti insanlar üzərində ancaq bu şəkildə görünə bilər.
Lakin bəzi insanlar Allah`ın endirdiyi şəkildə Qurana tabe olmaq və bu nemətdən istifadə etmək əvəzinə, dini öz ağılları, nəfsləri və ya din əxlaqından uzaq yaşayan cəmiyyətlərin müəyyən qaydaları istiqamətində təhlil etməyə çalışırlar. Bu yolla haqq dindən uzaqlaşan fərqli və batil bir din anlayışını müdafiə etmiş sayılırlar. 'Nəfsə uyğun din "adlandırdığımız bu din anlayışının ən əhəmiyyətli xüsusiyyəti isə insanların nəfslərinin istəkləri və dünyadakı mənfəətləri ilə zidd olmayan bir inanc forması olmasıdır.