CƏNNƏTİ DAHA ARTIQ DƏRƏCƏDƏ UMANLAR: ALLAH`IN FİRQƏSİ

“Allah`a və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh vermişdir. Onları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allah`dan razıdırlar. Onlar Allah`ın firqəsidirlər. Bilin ki, Allah`ın firqəsi- məhz onlar nicat tapıb səadətə qovuşanlardır”(“Mücadilə” surəsi, 22).

Allah`ın cənnət vəd etdiyi və müjdələdiyi möminlərin xüsusiyyətləri ayələrdə belə bildirilmişdir.
•  İman gətirib saleh əməllər işləyirlər (“Bəqərə” surəsi, 25).
•  Allah`dan qorxub pis əməldən çəkinirlər (“Ali-İmran” surəsi, 15).
•  Bolluqda da, qıtlıqda da xərcləyirlər (“Ali-İmran” surəsi, 134).
•  Qəzəblərini udarlar (“Ali-İmran” surəsi, 134).
•  İnsanların günahlarından keçərlər (“Ali-İmran” surəsi, 134).
•  O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allah`ı yada salıb tövbə edərlər (“Ali-İmran” surəsi, 135).
•  Onlar gördükləri işin pis olduğunu bildirdikdə tövbədən sonra bir daha ona qayıtmazlar (“Ali-İmran” surəsi, 135).
•  Allah`a və Peyğəmbərinə itaət edərlər (“Nisa” surəsi, 13)
•  Namaz qılarlar, zəkat verərlər, elçilərə iman gətirərlər, Allah onlarladır (“Maidə” surəsi, 12).
•  Düz danışanlardır (“Maidə” surəsi, 119).
•  Hicrət edərlər, Allah yolunda malları ilə, canları ilə cihad edərlər (“Tövbə” surəsi, 20).
•  Yaxşı işlər görərlər (“Yunis” surəsi, 26).
•  Ümidlərini yalnız Allah`a bağlayarlar (“Hud” surəsi, 23).
•  Tövbə edərlər (“Məryəm” surəsi, 60).
•  Əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (“Muminun” surəsi, 8).
•  Namazlarını vaxtlı-vaxtında qılarlar (“Muminun” surəsi, 9). •  Yaxşı əməllərdə yarışırlar (“Fatir” surəsi, 32).
•  Allah`ın səmimi bəndələridir (“Saffat” surəsi, 40).
•  Allah`ın ayələrinə iman gətirərlər (“Zuxruf” surəsi, 60).
•  “Rəbbimiz Allah`dır” - deyib sonra sözlərində möhkəm dururlar (“Əhqaf” surəsi, 13).
•  Təqva sahibidirlər (“Muhəmməd” surəsi, 15).
•  Səmimi-qəlbdən tövbə edib Allah`a tərəf qayıdırlar (“Qaf” surəsi, 32).
•  Rəbbini görmədiyi halda qorxar və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələrlər (“Qaf” surəsi, 33).
•  Başqalarına ehsan edərlər (“Zariyat” surəsi, 16).
•  Səhərlər isə Allah`dan bağışlanma diləyirlər (“Zariyat” surəsi, 18).
•  Yaxşı əməllərdə öndə gedərlər (“Vaqiə” surəsi, 10).
•  Verdikləri sözləri yerinə yetirib öndə gedərlər və dəhşəti aləmi bürüyəcək gündən - qiyamət günündən qorxarlar (“İnsan” surəsi, 7).
•  Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər (“İnsan” surəsi, 8).
•  Elçiyə layiqli ehtiram göstərərlər (“Hucurat” surəsi, 3).