Allah yolunda qarşılaşdığı çətinliklər möminlər üçün şövq qaynağıdır

Uca Allah Quranda bütün insanlara bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirməyi əmr etmişdir. İnsanların nəfsi narahat olmasın deyə, imanlı şəxs bu məsuliyyətini yerinə yetirməkdən əl çəkməz. İnsanların özlərinə və ya ətraflarına zərər verdiklərini, gözəl əxlaqdan, ədalətdən, düzgünlükdən uzaqlaşdıqlarını və ya pis bir iş etdiklərini gördüyü halda narahatlıq verməməyi düşünüb kənarda qalmaz. Quranda möminlərin bu məsələdə göstərməli olduqları əxlaq belə bildirilir:

Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (“Ali İmran” surəsi, 104)
Müsəlmanların həm bu məsuliyyətlərini yerinə yetirməməkləri, həm də başqalarından çəkindikləri üçün özlərinin də dini lazımı qaydada yaşamamaları Quran əxlaqına uyğun deyil. Quranda iman gətirənlərin Allah`ın razılığına uyğun bir həyat yaşadıqlarına görə heç bir qınaqdan qorxmadıqları bildirilir:
"Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah`ın lütfüdür, onu istədiyinə verər. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir." (“Maidə” surəsi, 54)
Bir insanın səmimi dindar olması, həyatını Allah`ın razılığına uyğun yaşaması cəmiyyətdə bəzi insanlar tərəfindən qəbul edilməyə bilər. Lakin unudulmamalıdır ki, səmimi dində 'insanların razılığı "ölçü deyildir. Həqiqi imana sahib insan ətrafındakı insanların nəfslərini narahat etməmək və ya onların razılığını itirməmək üçün əsla Allah`ın razılığından əl çəkməz. Hər insan axirətdə Allah`ın hüzuruna tək çıxacaq, dünya həyatında etdikləri üçün tək hesab verəcək. Nə yaşadığı cəmiyyətin insanları, nə də onların bu insanın həyat tərzindən məmnunluğu axirətdə ona heç bir şey qazandırmayacaq. İnsan ancaq Allah`ın razılığı üçün etdiyi saleh əməllərlə Rəbbimizin razılığını, rəhmətini və cənnətini qazana bilər.